Ermənistanda Araqatsotn yeparxiyasının yepiskopu həbs edildi

Ermənistanda Araqatsotn yeparxiyasının yepiskopu həbs edildi
Gündəm 15 Oktyabr 2025 19:37

Ermənistan İstintaq Komitəsi Araqatsotn yeparxiyasının başçısı, yepiskop Mkrtiç Proşyanı həbs edib.

 
Sitat.info xəbər verir ki, bu barədə onun vəkili Ara Zoqrabyan bildirib.
 
Vəkilin sözlərinə görə, yepiskop əvvəlcə istintaq orqanlarına aparılıb. Ona qarşı mitinqlər keçirmək və səsvermənin nəticələrinə təsir göstərməyə cəhd etməklə bağlı ittiham irəli sürülüb.