Maşın beton dirəyə çırpıldı: ölən var

Maşın beton dirəyə çırpıldı: ölən var
HADİSƏ 15 Oktyabr 2025 10:58

Sabirabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sitat.info xəbər verir ki, hadisə rayonun Əsgərbəyli kəndi ərazisində qeydə alınıb.

Belə ki, Hacı Gülağa oğlu Əbilov QAZ-3110 markalı avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və maşını yol kənarındakı beton dirəyə vurub.

Nəticədə avtomobildə olan sərnişin, 1958-ci il təvəllüdlü Tofiq Hacıbala oğlu Ağammədov hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.