Papikyan Çexiya səfiri ilə hərbi əməkdaşlığı müzakirə etdi
Ermənistanın müdafiə naziri Suren Papikyan Çexiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Petr Pirunçiki və yeni təyin olunmuş hərbi və hərbi hava attaşesi polkovnik-leytenant Jiri Mraçeki qəbul edib.
Sitat.info xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, görüş zamanı Ermənistan-Çexiya müdafiə sahəsində əməkdaşlıq məsələləri, eləcə də bir sıra regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib.