Atəşkəsdən sonra fələstinlilər Qəzzaya qayıdır

Atəşkəsdən sonra fələstinlilər Qəzzaya qayıdır
Dünya 10 Oktyabr 2025 14:59

Atəşkəs elan olunduqdan və İsrail ordusu geri çəkildikdən sonra fələstinli ailələr Qəzza şəhərinə qayıtmağa başlayıblar.

 Sitat.info  xəbər verir ki, bu barədə “Al Jazeera“ məlumat yayıb.

Yayılan videolarda minlərlə fələstinlinin Qəzzanın şimalına doğru hərəkət etdiyi görünür. Qeyd edək ki, İsrail hökumətinin Qəzzada atəşkəs planını təsdiqləməsindən sonra atəşkəs rejimi qüvvəyə minib.