Dünya bazarlarında neft ucuzlaşıb

Dünya bazarlarında neft ucuzlaşıb
İQTİSADİYYAT 09 Oktyabr 2025 09:27

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin dekabr müqaviləsinin dəyəri 0,48% azalaraq 1 barelə görə 65,93 ABŞ dolları təşkil edib.

Sitat.info xəbər verir ki, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında bu ilin noyabr ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 0,58% azalaraq 62,19 ABŞ dollarına bərabər olub.