Gürcüstan Azərbaycan vətəndaşlarını deport etdi

Gürcüstan Azərbaycan vətəndaşlarını deport etdi
Dünya 01 Oktyabr 2025 21:44

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları ölkədə qeyri-qanuni məskunlaşan 20 əcnəbini deportasiya edib.

Sitat.info xəbər verir ki. bu barədə Gürcüstan mediası məlumat yayıb.

Deportasiya edilənlər arasında Hindistan, Rusiya, Pakistan, Türkiyə, Türkmənistan, Azərbaycan, İran, Nigeriya və Tailand vətəndaşları olub.

Onların hamısına Gürcüstana giriş qadağan edilib.