İstanbulda illik inflyasiya 41%-ə çatdı

İstanbulda illik inflyasiya 41%-ə çatdı
İQTİSADİYYAT 01 Oktyabr 2025 15:33

2025-ci ilin sentyabrında İstanbulda İstehlak Qiymətləri İndeksi aylıq 3,19% artıb.

Sitat.info xəbər verir ki, bu istiqamətdə əvvəlki göstərici 1,84% səviyyəsində olub.

Palatanın məlumatına görə, sentyabrda ən yüksək artım 24,26%-lə təhsil xərcləri qrupunda qeydə alınıb.

Ümumilikdə, sentyabrda İstanbulda pərakəndə qiymətlərdə illik inflyasiya 40,75%, aylıq isə 3,19% təşkil edib.