Polşadan vətəndaşlarına: Belarusu dərhal tərk edin!

Polşadan vətəndaşlarına: Belarusu dərhal tərk edin!
Dünya 26 Sentyabr 2025 11:19

Polşa öz vətəndaşlarını dərhal Belarusu tərk etməyə çağırır.

 Sitat.info  xəbər verir ki, bu barədə Polşanın Minskdəki səfirliyi məlumat yayıb.

“Təhlükəsizlik vəziyyətinin kəskin pisləşməsi, sərhədlərin bağlanması və ya digər gözlənilməz hallar zamanı evakuasiya əhəmiyyətli dərəcədə çətinləşə və ya hətta qeyri-mümkün ola bilər”, - məlumatda deyilib.