Qəza Hava limanı istiqamətində sıxlıq yaratdı - Foto

Qəza Hava limanı istiqamətində sıxlıq yaratdı - Foto
Gündəm 22 Sentyabr 2025 19:50

Sabunçu rayonu, Heydər Əliyev prospekti, Bakı Olimpiya Stadionunun yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən “Qafqazinfo”ya verilən məlumata görə, qəza səbəbindən Hava limanı istiqamətində sıxlıq yaranıb.

Bildirilib ki, hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.