Putindən SƏRT XƏBƏRDARLIQ: "Söz yox, hərbi güc ilə cavab veriləcək"

Putindən SƏRT XƏBƏRDARLIQ: \"Söz yox, hərbi güc ilə cavab veriləcək\"
Gündəm 22 Sentyabr 2025 16:15

Rusiya prezidenti Vladimir Putin ölkəsinin hər hansı bir təhlükəyə yalnız sözlə deyil, hərbi-texniki vasitələrlə cavab verməyə qadir olduğunu bildirib.

Musavat.com TASS-a istinadən xəbər verir ki, Putin bunu Rusiya Təhlükəsizlik Şurasının iclasında deyib.

"Heç kimin şübhəsi olmamalıdır ki, Rusiya mövcud və ya yaranan hər hansı təhdidlərə cavab vermək iqtidarındadır. Və bu cavab təkcə sözlərlə deyil, hərbi-texniki tədbirlər vasitəsilə həyata keçiriləcək", - deyə Rusiya lideri xəbərdarlıq edib.