Bakıda qəza: Bayraq meydanı istiqamətində 2 avtobus TOQQUŞDU

Bakıda qəza: Bayraq meydanı istiqamətində 2 avtobus TOQQUŞDU
Gündəm 19 Sentyabr 2025 20:10

Bayraq meydanı istiqamətində yol-nəqliyyat hadisəsi baş verib.

 

Sitat.info xəbər verir ki, bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial şəbəkə hesabında paylaşım edib. 

 

 

Hərəkətdə olan 53 nömrəli iki avtobus toqquşub. Zərbədən avtobusun şüşələri sınaraq içərisinə və yola tökülüb.

 

Xəsarət alanlarla bağlı dəqiq məlumat yoxdur.