Qubada polis bu toyu ləğv etdi

Qubada polis bu toyu ləğv etdi
KRİMİNAL 13 Sentyabr 2025 17:55

Quba rayonunda 15 yaşlı qızın 1990-cı il təvəllüdlü şəxsə ərə verilməsinin qarşısı alınıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Sitat.inf-ya bildirilb ki, Quba Rayon Polis Şöbəsində qanunsuz əməlin təşkilində təqsiri olan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

İstintaq tədbirləri davam etdirilir.