Bakıda bu yol bağlanacaq - XƏBƏRDARLIQ

Bakıda bu yol bağlanacaq - XƏBƏRDARLIQ
SOSİAL 29 Avqust 2025 18:26

Bu gün saat 19:00-dan etibarən Pirşağı-Xırdalan-Novxanı-M4 avtomobil yolu layihəsinin 16-cı kilometrində Masazır-Novxanı və Saray-Novxanı avtomobil yollarının kəsişməsində (Masazır gölünün yanı) aparılan tikinti işləri ilə əlaqədar olaraq, nəqliyyat vasitələrinin hərəkət istiqaməti dəyişdiriləcək.

Sitat.info xəbər verir ki, bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.