Bakı metrosunun Müşahidə Şurası yenidən formalaşdırıldı

Bakı metrosunun Müşahidə Şurası yenidən formalaşdırıldı
Gündəm 20 Avqust 2025 19:26

 

"Bakı Metropoliteni" QSC-nin Müşahidə Şurası yenidən formalaşdırılıb.

Sitat.info xəbər verir ki, Şuraya sədrlik Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) icraçı direktoru Şahin Babayevə həvalə olunub.

Şuranın üzvləri isə "AZCON Holding"in icraçı direktorunun müavini Vüqar Mirzəzadə və holdinqin baş maliyyə inzibatçısı - Maliyyə departamentinin direktoru Taylan Tekeli seçiliblər.