Putinlə Tramp Romada görüşəcək?

Putinlə Tramp Romada görüşəcək?
Gündəm 08 Avqust 2025 17:00

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında görüş avqustun 11-də baş tuta bilər.

Sitat.info xəbər verir ki, bu barədə “Foks Nyus” mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, danışıqlar üçün mümkün məkan kimi Roma hesab olunur.

TASS isə mənbələrə istinadla xəbər yayıb ki, Rusiya-ABŞ sammiti Romada keçirilməyəcək.