İranda qadın hökumət idarəsinə hücum etdi

İranda qadın hökumət idarəsinə hücum etdi
Dünya 25 İyul 2025 12:29

Gilan əyalətinin Astan-i Əşrfiyyə şəhərində qadın “Şəhidlər Fondu” binasına “Molotov kokteyli” ataraq yanğın törədib.

Sitat.info xəbər verir ki, bu haqda şəhərin polis idarəsi məlumat yayıb.

Məlumata görə, hadisə yerinə gələn polis qüvvələri 54 yaşlı hücumçunu həbs edib.

Onun kimliyi barədə açıqlama verilmədən barəsində cinayət işinin açıldığı bildirilib.