Bir neçə gün sonra, yenə İstanbulda...

Bir neçə gün sonra, yenə İstanbulda...
Gündəm 21 İyul 2025 19:15

Rusiya və Ukrayna arasında danışıqların növbəti raundu yenə İstanbulda baş tuta bilər.

Sitat.info xəbər verir ki, bu haqda TASS özəl mənbəyə istinadən məlumat yayıb.

Qeyd edilib ki, müzakirələr iyulun 24-25-də İstanbulda keçirilə bilər.

Xatırladaq ki, daha əvvəl də tərəflərin İstanbulda görüşü olub. Bu görüşdə mühüm anlaşmalar əldə edilmişdi.