Ərdoğan: “Türkiyə sərhədlərində antiterror əməliyyatlarına başlayacaq”

Ərdoğan: “Türkiyə sərhədlərində antiterror əməliyyatlarına başlayacaq”
Dünya 23 May 2022 22:53

Türkiyə Silahlı Qüvvələri ölkə sərhədlərində antiterror əməliyyatlarına başlayacaq və bu məsələ ilə bağlı yaxın vaxtlarda qərar veriləcək.

SİTAT.İNFO “Report”a istinadən xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan bildirib.

"Davam edən hücumlar fonunda sərhədlərimizdə təhlükəsizliyin təmin edilməsi ilə bağlı vəzifələrimizi davam etdirəcəyik. Tezliklə sərhədlərimizdə yeni əməliyyatlara başlanacaq", - Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra deyib.