Şahin Şıxlinskiyə cinayət işi açıldı

Şahin Şıxlinskiyə cinayət işi açıldı
SİYASƏT 16 İyul 2025 10:54

Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinski barəsində cinayət işi açılıb.

Sitat.info bildirir ki, ona qarşı Moskvada Cinayət Məcəlləsinin 318-ci (Hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etmə) maddəsi ilə cinayət işi açılıb.

Onun oğlu Mutvalı Şıxlinski saxlanılaraq İstintaq Komitəsimə aparılıb.

Hazırda Mutvalı İstintaq Komitəsində dindirilir, ondan iyulun 1-də Baku Plazanın qarşısında saxlanılan zaman baş vermiş insidentlə bağlı izahat alınır.