SON DƏQİQƏ! Bu ölkədə 6,7 bal gücündə zəlzələ oldu

SON DƏQİQƏ! Bu ölkədə  6,7 bal gücündə zəlzələ oldu
Dünya 14 İyul 2025 10:43

İndoneziyanın Maluku əyaləti sahillərində 6,7 bal gücündə zəlzələ baş verib.

Sitat.info xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, episentri Maluku əyalətinin Tual şəhərindən təxminən 180 kilometr cənub-qərbdə olan zəlzələ təxminən 65,7 kilometr dərinlikdə qeydə alınıb.

 6,7 bal gücündə zəlzələdən sonra tələfat və dağıntılar barədə hələ məlumat verilməyib.

Eyni zamanda sunami xəbərdarlığı edilməyib.  

Nigar,

Sitat.info