ABŞ Senatı Ukraynaya 500 milyon dollar ayırdı

ABŞ Senatı Ukraynaya 500 milyon dollar ayırdı
Gündəm 11 İyul 2025 20:42

ABŞ Senatının Silahlı Qüvvələr üzrə Komitəsi 2026-cı maliyyə ili üçün Milli Müdafiə Aktının bir hissəsi olaraq Ukraynaya təhlükəsizlik yardımı üçün 500 milyon dollar ayrılmasını təsdiqləyib. 

Sitat.info xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Qeyd olunur ki, bu qanun layihəsi ABŞ silahlı qüvvələrinin maliyyələşdirmə səviyyəsini və səlahiyyətlərini müəyyən edən illik sənəddir. O, ABŞ ordusunun öz missiyalarını yerinə yetirmək üçün lazımi resurslara malik olmasını təmin edir və silah istehsalçıları, xüsusilə “Lockheed Martin” və “Boinq” tərəfindən yaxından izlənilir.