Hakan Fidan və Yaşar Gülər Pakistana rəsmi səfər edəcəklər

Hakan Fidan və  Yaşar Gülər Pakistana rəsmi səfər edəcəklər
SİYASƏT 08 İyul 2025 15:48

Türkiyə xarici işlər naziri Hakan Fidan və milli müdafiə naziri Yaşar Gülər Pakistana rəsmi səfər edəcəklər.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Nazirlərin səfəri iyulun 9-da baş tutacaq.

Onların səfər çərçivəsində Pakistan Baş naziri Şahbaz Şərif, Baş nazirin müavini, xarici işlər naziri İshaq Dar və Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı feldmarşal Asim Munirlə görüşü planlaşdırılır.

 

Sitat.info