Şahruddindən “Real”a çağırış: Mənə zəng et

Şahruddindən “Real”a çağırış: Mənə zəng et
Gündəm 04 İyul 2025 17:01

"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyevin Avstriyada məşq zamanı vurduğu qol sosial medianın Azərbaycan seqmentində gündəm olub.

Sitat.info xəbər verir ki, Şahruddin özünün İnstaqram səhifəsində vurduğu qolun videosunu paylaşıb.

Bu zaman o, zarafatından qalmayıb və İspaniya nəhəngi "Real Madrid"ə çağırış edib.

O, paylaşıma "Real Madrid", call me" ("Real Madrid", mənə zəng et) sözlərini yazıb.