Azərbaycanlı rejissor həbs edildi

Azərbaycanlı rejissor həbs edildi
HADİSƏ 02 İyul 2025 12:11

Qərbi Azərbaycan əyalətinin Sulduz (Nəqədə) şəhərindən olan mədəni fəal və rejissor Əli Qıpçaq həbs edilib.

Sitat.info xəbər verir ki, bu haqda onun yaxınları məlumat yayıb.

Bildirilib ki, rejissor iyunun 25-də saxlanılsa da, onun həbsi barədə bu gün ailəsinə məlumat verilib.

Mədəni fəalın həbs səbəbi açıqlanmayıb.