Avro 2 manatı keçdi - 4 ildən sonra

Avro 2 manatı keçdi - 4 ildən sonra
İQTİSADİYYAT 01 İyul 2025 11:22

Dünya birjalarında dolların avro qarşısında ucuzlaşması Azərbaycanda da özünü göstərib.

Sitat.info xəbər verir ki, Mərkəzi Bank avronun məzənnəsini bu gün üçün 2,0035 manat müəyyən edib.

 Qeyd edək ki, sonuncu dəfə 4 il əvvəl 1 avronun dəyəri 2 manatı keçmişdi.

Onu da əlavə edək ki, Azərbaycanda dolların məzənnəsi sabit saxlanılsa da, digər valyutaların dəyəri dünya birjalarına uyğun tənzimlənir./Qafqazinfo