Kanalizasiyaya düşən Cümşüdün meyiti tapıldı

Kanalizasiyaya düşən Cümşüdün meyiti tapıldı
KRİMİNAL 28 İyun 2025 18:54

Bakının Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə kanalizasiyaya düşən 27 yaşlı Cümşüd Cümşüdlünün meyiti tapılıb.

Sitat.info-nun əldə etdiyi məlumata görə, Hövsan qəsəbəsində kanalizasiya kollektorunda naməlum kişi meyiti tapılıb.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə meyitin Cümşüd Cümşüdlüyə məxsus olması müəyyən edilib.

Meyit aidiyyəti üzrə təhvil verilib.