Rusiya dronları Odessanı vurdu

Rusiya dronları Odessanı vurdu
Gündəm 28 İyun 2025 04:16

Rusiya ordusu Odessaya dronlarla zərbələr endirib.

Hücum nəticəsində şəhərdə yanğınlar baş verib, yaralılar var.

"Mülki infrastruktura, xüsusilə yaşayış evlərinə və avtomobillərə ziyan dəyib. Zərbələrin nəticələrinin aradan qaldırılması istiqamətində işlər aparılır", - Odessa Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Kiper yazıb.

Vilayət rəhbəri yaralı sayının azı üç nəfər olduğunu açıqlayıb.