Türkiyənin müdafiə naziri İranla sərhədə gedib

Türkiyənin müdafiə naziri İranla sərhədə gedib
Dünya 18 İyun 2025 12:46

Türkiyə İranla sərhəd bölgələrində nəzarəti artırır.

Sitat.info Türkiyə mətbuatına əsasən xəbər verir ki, ölkənin milli müdafiə naziri Yaşar Gülər vəziyyəti qiymətləndirmək üçün İranla sərhəddə yerləşən Van bölgəsinə gedib.

Qeyd edilib ki, Yaşar Gülər və Türkiyə Silahlı Qüvvələri Komandanlığı İran sərhədində yerləşən hərbi hissələri yoxlamaq üçün Vana gedib.