Moskvaya PUA hücumu edilir: Aeroportlar bağlandı

Moskvaya PUA hücumu edilir: Aeroportlar bağlandı
Gündəm 06 İyun 2025 19:00

 

Hazırda Moskva vilayətinə PUA hücumu edilir.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Moskva meri Sergey Sobyaninin məlumatına görə, hava hücumundan müdafiə sistemləri tərəfindən iki PUA zərərsizləşdirilib.

Domodedovo və Jukovski aeroportlarında “Xalça” planı tətbiq olunub.