Arakçı Hizbullahın baş katibi ilə görüşdü

Arakçı Hizbullahın baş katibi ilə görüşdü
Gündəm 04 İyun 2025 17:38

Beyrutda səfərdə olan İranın xarici işlər naziri Abbas Arakçı bu gün Hizbullahın baş katibi Nəim Qasımla görüşüb.

Sitat.info xəbər verir ki, bu barədə “Tasnim” məlumat verib.

Məlumata görə, İranın Beyrutdakı səfiri Müctəba Əmaninin də iştirak etdiyi görüşdə bölgədəki son vəziyyət müzakirə edilib.

“Tehran Livana iqtisadi və siyasi sahədə qarşılıqlı hörmət əsasında dəstək verməyə hazırdır”, - Arakçı bildirib.