Səfirimiz Verşininlə ikitərəfli əməkdaşlığı müzakirə etdi

Səfirimiz Verşininlə ikitərəfli əməkdaşlığı müzakirə etdi
Gündəm 30 May 2025 19:13

Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin və Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev iki ölkə arasında informasiya təhlükəsizliyi sahəsində əməkdaşlığı müzakirə ediblər.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya XİN-in məlumatında deyilir.

"Rusiya-Azərbaycan əməkdaşlığına dair bir sıra məsələlər, o cümlədən informasiya təhlükəsizliyi ilə bağlı fikir mübadiləsi aparılıb", - məlumatda qeyd olunub.

Məlumata görə, görüş zamanı hər iki tərəf 2022-ci il fevralın 22-də yüksək səviyyədə imzalanmış Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin müddəalarına uyğun olaraq ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinin vacibliyini qeyd edib.