4-cü kurs tələbəsi qəzada öldü

4-cü kurs tələbəsi qəzada öldü
HADİSƏ 24 May 2025 15:43

Azərbaycan Dövlət Pedaqoji Universitetinin IV kurs tələbəsi vəfat edib.

“Sitat.info” xəbər verir ki, bu haqda ADPU-nun sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Bildirilib ki, ADPU-nun İncəsənət və fiziki tərbiyə fakültəsinin Təsviri incəsənət müəllimliyi ixtisasının tələbəsi Əmirova Gülnar Sabir qızı avtomobil qəzasında ölüb.