Rusiya “Azovstal”ı bombalamağa davam edir

Rusiya “Azovstal”ı bombalamağa davam edir
Dünya 19 May 2022 17:09

Rus hərbçiləri Mariupoldakı “Azovstal” zavodunun infrastrukturuna hücumlarını dayandırmır.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə Amerika Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

Məlumata görə, Rusiya ordusu polad zavoduna hava və artilleriya zərbələri endirməkdə davam edir:

“Son bir neçə gündə təxliyənin davam etməsinə baxmayaraq, Rusiyanın “Azovstal”ı bombalaması Ukrayna müdafiəçilərinin hələ də orda qaldığını göstərir".

Qeyd edək ki, Rusiya “Azovstal” polad zavodunu ələ keçirdikdən sonra onu yerlə-yeksan etməyi planlaşdırır.