Ukrayna nümayəndə heyətinə o rəhbərlik edəcək - Zelenski

Ukrayna nümayəndə heyətinə o rəhbərlik edəcək - Zelenski
Gündəm 15 May 2025 18:46

İstanbulda Rusiya, ABŞ və Türkiyə ilə danışıqlarda Ukrayna nümayəndə heyətinə müdafiə naziri Rüstəm Umerov rəhbərlik edəcək.

Sitat.info xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Onun sözlərinə görə, Ukrayna nümayəndə heyəti danışıqlarda atəşkəsi müzakirə etmək niyyətindədir.