Gədəbəy Aşıq Məktəbinə Aşıq Ələsgərin adı verildi

Gədəbəy Aşıq Məktəbinə Aşıq Ələsgərin adı verildi
Gündəm 05 May 2025 17:27

 

Gədəbəy Aşıq Məktəbinə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, el sənətkarı Aşıq Ələsgərin adı verilib.

Sitat.info xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, Mədəniyyət Nazirliyi və Gədəbəy Rayon İcra Hakimiyyəti bu Qərardan irəli gələn məsələləri həll etməlidirlər.