Pakistanda yanacaq tankerinin partlaması nəticəsində ölənlərin sayı 19-a çatıb

Pakistanda yanacaq tankerinin partlaması nəticəsində ölənlərin sayı 19-a çatıb
Dünya 05 May 2025 12:28

Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində sızan yanacaq tankerinin partlaması nəticəsində ölənlərin sayı 19-a çatıb.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, Pakistan hakimiyyəti aprelin 29-da Bəlucistanın Nauşki rayonunda yanacaq tankerində baş verən partlayışla bağlı açıqlama verib.

Rəsmilər bildirib ki, partlayış nəticəsində ölənlərin sayı 19-a çatıb, yaralıların əksəriyyəti Kəraçidəki xəstəxanaya aparılıb, bədənlərinin 70-80 faizi yanıb.

Yaralılardan bəziləri daha yaxşı müalicə olunmaq üçün təyyarə ilə Karaçiyə aparılıb.

Aytac,

Sitat.info