Pakistan Hindistan PUA-sını vurdu

Pakistan Hindistan PUA-sını vurdu
Gündəm 29 Aprel 2025 16:12

 

Pakistan Cammu və Kəşmirdə nəzarət xətti yaxınlığında Hindistanın pilotsuz uçuş aparatını (PUA) vurub.

Sitat.info xəbər verir ki, bu barədə Geo TV Pakistan xüsusi xidmət orqanlarına istinadla məlumat yayıb.

Məlumata görə, Hindistana məxsus PUA Bximber dairəsində müşahidə aparırmış.

PUA nəzarət xətti yaxınlığında hava məkanını pozan zaman vurulub.