Putin 3 günlük atəşkəs elan etdi

Putin 3 günlük atəşkəs elan etdi
Gündəm 28 Aprel 2025 15:40

Rusiya prezidenti Vladimir Putin Qələbənin 80 illiyi münasibətilə atəşkəs elan edib.

Sitat.info  xəbər verir ki, bu barədə Kremlin rəsmi açıqlamasında bildirilib. Tarixi bayram günlərində, yəni  8-11 may tarixlərində müharibə əməliyyatlarının dayandırılması qərarı verilib.

Qeyd edək ki, Rusiya hər il 9 May tarixində İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin ildönümünü qeyd edir. Bu il isə 80-ci ildönüm münasibətilə Kreml xüsusi humanitar jestə imza atıb.