Bakıda liftdə qalan beş uşaq xilas edildi

Bakıda liftdə qalan beş uşaq xilas edildi
HADİSƏ 28 Aprel 2025 09:33

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərində liftdə qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 3 xilasetmə əməliyyatı keçirilib.

Nazirlikdən Sitat.info-ya verilən xəbərə görə, həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 5-i uşaq olmaqla 6 nəfərə müvafiq köməklik göstərilib.