Tramp vəzifəsinin 100-cü gününü belə qeyd edəcək

Tramp vəzifəsinin 100-cü gününü belə qeyd edəcək
Gündəm 24 Aprel 2025 21:02

ABŞ Prezidenti Donald Tramp Miçiqan ştatında ikinci prezidentlik müddətində vəzifəsinin 100-cü gününü qeyd etmək üçün nümayiş keçirəcək. 

Sitat.info xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolayn Levitt “X” sosial şəbəkəsində məlumat verib.

“Prezident Tramp gələn çərşənbə axşamı böyük Miçiqan ştatına qayıtmağı səbirsizliklə gözləyir, burada ilk 100 gününü qeyd etmək üçün Macomb dairəsində mitinq keçirəcək!” – o yazıb.