Rusiya və Ukrayna arasında 246 hərbi əsirin mübadiləsi həyata keçirilib

Rusiya və Ukrayna arasında 246 hərbi əsirin mübadiləsi həyata keçirilib
Dünya 19 Aprel 2025 20:23

Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi həyata keçirilib.

Sitat.info  xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, 246 ukraynalı hərbçi qarşı tərəfə təhvil verilib. Öz növbəsində rəsmi Kiyev Rusiya Ordusunun eyni sayda hərbi qulluqçusunu geri qaytarıb.