Dəqiqələr itirmirsən, illər bağışlayırsan! - DİN-dən çağırış-Video

Dəqiqələr itirmirsən, illər bağışlayırsan! - DİN-dən çağırış-Video
Gündəm 18 Aprel 2025 21:53

Paytaxt yollarında bəzi sürücülər tərəfindən Təcili Tibbi Yardım avtomobillərinə yol verilməməsi halları müşahidə edilməkdədir.

Sitat.info xəbər verir ki, həkim briqadalarının tibbi yardıma ehtiyacı olan şəxslərin ünvanlarına vaxtında çatmasına və xəstələrin tibb müəssisələrinə aparılmasında gecikmələr baş verir.

Daxili İşlər Nazirliyi “Təcili Tibbi Yardıma yol verməklə sən dəqiqələr itirmirsən, illər bağışlayırsan!” şüarı ilə maarifləndirici sosial çarx hazırlayaraq sürücülərə çağırış edib: