İsrailin Qəzzaya hücumu nəticəsində ölənlərin sayı 35-ə çatıb

İsrailin Qəzzaya hücumu nəticəsində ölənlərin sayı 35-ə çatıb
Dünya 10 Aprel 2025 09:27

İsrailin Qəzzanın şərqindəki əl-Şücayyə bölgəsindəki yaşayış məntəqəsinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 35-ə çatıb, onlarla insan itkin düşüb.

Sitat.info xəbər verir ki, bu barədə Qətərin “əl-Cəzira” telekanalı məlumat yayıb.

Qəzzanın Səhiyyə Nazirliyi ölənlərin sayının artacağını ehtimal edir. Belə ki, mülki müdafiə qüvvələri və yerli sakinlər dağıntıların altında qalanları çıxarmaq üçün axtarış-xilasetmə işlərini davam etdirirlər.