Azərbaycan və NATO arasında Qətərdə danışıqlar oldu

Azərbaycan və NATO arasında Qətərdə danışıqlar oldu
Gündəm 09 Aprel 2025 19:24

Qətərdə keçirilən Hərbi Strateji Tərəfdaşlıq Konfransı çərçivəsində Azərbaycan və NATO nümayəndə heyətləri arasında danışıqlar aparılıb.

Sitat.info xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı Daimi Nümayəndəliyinin X hesabında məlumat verilib.

Qeyd olunub ki, danışıqlar çərçivəsində keçmiş əməkdaşlıq, davam edən səylər və gələcək planlar müzakirə edilib. Müzakirələrdə NATO-nun bütün qurumları təmsil olunub.