Dominikanda gecə klubunun uçması nəticəsində 44 nəfər ölüb

Dominikanda gecə klubunun uçması nəticəsində 44 nəfər ölüb
Dünya 08 Aprel 2025 23:17

Dominikan Respublikasında yerləşən “Jet Set” gecə klubunun uçması nəticəsində həyatını itirənlərin sayı 44-ə yüksəlib.

Sitat.info xəbər verir ki, bu barədə "Listin Diario" nəşri məlumat yayıb.

Hadisə nəticəsində 146 nəfər xəstəxanalara yerləşdirilib.

Qeyd olunur ki, dağıntılar altında hələ də insanların qaldığı ehtimal olunur. Axtarış-xilasetmə işləri davam etdirilir.