Fransanın yeni baş naziri qadın olacaq
Fransanın yeni baş naziri Elizabet Born təyin olunacaq.
SİTAT.İNFO xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Elizabet Born ölkə tarixində baş nazir təyin edilən ikinci qadın olacaq. Buna qədər hökumət rəhbəri postunu Edit Kresson tutub.
Born 2019-2020-ci illər ərzində Fransada nazir vəzifələrində çalışıb.