Rusiyanın enerji obyektləri hücuma məruz qaldı

Rusiyanın enerji obyektləri hücuma məruz qaldı
Gündəm 05 Aprel 2025 15:48

Mövcud sutka ərzində Ukrayna Silahlı Qüvvələri Rusiyanın enerji infrastrukturuna 14 hücum həyata keçirib.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.

Qeyd olunub ki, hücum nəticəsində Bryansk, Belqorod, Smolensk, Lipetsk, Xerson və Voronej vilayətlərində obyektlərə ziyan dəyib.