Rusiyanın 7 vilayətinə kütləvi PUA hücumu edildi

Rusiyanın 7 vilayətinə kütləvi PUA hücumu edildi
HADİSƏ 28 Mart 2025 12:07

Rusiya hava hücumundan müdafiə sistemləri gecə ərzində Ukraynaya məxsus 78 PUA zərərsizləşdirib.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Voronej vilayətində 32, Saratovda 19, Kurskda 17, Belqorodda 6, Lipetskdə 2, Rostov və Tambov vilayətlərində isə 1 PUA vurulub.