Pakistandan Azərbaycanla bağlı tapşırıq

Pakistandan Azərbaycanla bağlı tapşırıq
Gündəm 25 Mart 2025 17:45

Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar Azərbaycanla əlaqələrin gücləndirilməsi barədə tapşırıq verib.

Sitat.info xəbər verir ki, bunu o, nazirliklərarası iclasda bildirib.

Hökumət rəsmisi iclasda Azərbaycanla əlaqələrin gücləndirilməsinin ölkəsinin prioriteti olduğunu vurğulayıb, iki ölkənin müxtəlif sahələrdə əməkdaşlıq etdiyini və əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini önə çəkib.

Dar həmçinin Azərbaycanın iştirakı ilə həyata keçiriləcək investisiya layihələri ilə bağlı işləri sürətləndirməyi tapşırıb.