Ukrayna Rusiya əsirliyindən 175 müdafiəçini qaytarıb - Zelenski

Ukrayna Rusiya əsirliyindən 175 müdafiəçini qaytarıb - Zelenski
Gündəm 19 Mart 2025 18:20

175 ukraynalı müdafiəçi rus əsirliyindən azad edilib.

Sitat.info UNIAN-a istinadən xəbər verir ki, bu barədə prezident Vladimir Zelenski məlumat verib.

Zelenski vurğulayıb ki, bu istiqamətdə addımlar atılır və atılacaq: "Onların arasında ağır yaralananlar və uydurma cinayətlərə görə Rusiya tərəfindən təqib olunan əsgərlər də var. Onların hamısına dərhal lazımi tibbi və psixoloji yardım göstəriləcək. müxtəlif istiqamətlərdə döyüşən əsgərlərimiz, çavuşlarımız və zabitlərimiz geri qayıdırlar".

Səid,

Sitat.info